top
Azərbaycanda qəbul imtahanları da onlayn keçirilə bilər
20 yanvar 2025, 23:38
- ↺ +

Azərbaycanda qəbul imtahanları da onlayn keçirilə bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə bildirib ki, rəqəmsal imtahanlara keçid üzrə işlər görülür:

Rəqəmsal imtahanların keçirilməsi ənənəsi Azərbaycana yad deyil, ancaq bütün imtahanların rəqəmsallaşdırılması qəbul və buraxılış imtahanlarının da rəqəmsallaşdırılmasına gətirib çıxara bilər.

Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə ilə həmsöhbət olub.

Sədr bildirib ki, son dövrlərdə ölkəmizin müxtəlif ali məktəblərdə imtahanların təşkili prosesində  rəqəmsallaşmaya geniş yer verilir:

"Bu yanaşma qiymətləndirmənin daha şəffaf olmasına yol açır. Məndə olan məlumata görə, artıq bir neçə ali məktəbdə imtahanlar rəqəmsal formada həyata keçirilir. Tələbə biletin suallarına cavab verir. Sonra cavablar elektron formada müəllimə göndərilir və qiymətləndirilir. Qəbul imtahanlarının da belə təşkili bu istiqamətdə imtahanlarda şəffaflığın artmasına xidmət edə bilər.

Lakin pedaqoji təcrübədə imtahanların keçirilməsinin üç forması məlumdur: şifahi, yazılı və test. Şifahi imtahan hamı tərəfindən birmənalı olaraq, daha üstün yoxlama forması kimi dəyərləndirilir. Lakin şifahi imtahanlarda şəffaflıq imkanları məhdud olduğu üçün bu gün yazılı imtahanlara daha çox üstünlük verilir. Bu imtahanlarda adətən yazı vərəqi kodlaşdırılır və yoxlanması üçün müəllimə verilir. Kimin yazısını yoxladığını bilmədiyi üçün qiymətləndirmə daha obyektiv həyata keçirilir. İndi bu prosesin rəqəmsal formada təşkili daha çox aktuallaşıb. Ali məktəblərimizdə tələbələrin biliyinin qiymətləndirilməsində test imtahanlarından da istifadə olunur. Bu yoxlama formasında testin tərtibindən çox şey asılıdır. Test tapmaca xarakterli deyil, düşündürücü məzmun daşıdıqda qarşısına qoyulan məqsədi yerinə yetirilmiş olur".

H.Əlizadənin sözlərinə görə, dünya təhsilində eyni bir ali məktəbdə imtahanların hər üç formasından istifadə olunduğunu qeyd etmək lazımdır:

"Belə ki, ən ümumi şəkildə götürsək, şifahi imtahanda tələbənin fikrini məntiqə ardıcıllıqla şifahi ifadə etmək (şifahi nitq), yazılı imtahanda tələbənin fikrini məntiqa ardıcıllıqla yazılı ifadə etmək (yazılı nitq), test imtahanında isə cavablar arasından daha düzgün cavabı seçmək bacarıqlarının qiymətləndirilməsi imkanları geniş olur. Bu bacarıqların hər birinin inkişaf etdirilməsi onun mütəxəssis kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Lakin şəffaflığın qorunması imtahanların rəqəmsal formada təşkilini zəruri edir. Onu da qeyd edim ki, son dövrlərdə ali məktəblərimizin bəziləri müəyyən imtahanların şifahi formada təşkilinə başlanıbdır. Hesab edirəm ki, imtahan prosesinin təşkilində şəffaflığın nə qədər əhəmiyyətli olduğunu təhsil subyektlərinin hamısı dərk etdikdən sonra imtahanların digər formalarından da istifadə etmək mümkün olacaqdır".

 

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər