Paytaxtın müxtəlif ünvanlarında qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb. Bu haqda 6 oktyabr tarixində Bakuplus.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Reydlər Binəqədi və Suraxanı rayonlarında keçirilib. Obyektlərdə bir müddət əvvəl sökülmüş və yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Aparılan reydlər zamanı sökülmə işləri 11 obyektdə görülüb.