Bakıda 27 Sentyabr - Anım Günü münasibətilə növbəti tədbir keçiriləcək. Bu haqda BakuPlus.az Bakı Mədəniyyət Baş İdarəsinə istinadən bu gün, 23 sentyabr tarixində xəbər verir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr, saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Cənnətə bilet" adlı tamaşa nümayiş olunacaq.
Bakı Uşaq və Gənclər teatrının hazırladığı tamaşa 44 günlük Vətən müharibəsinə həsr olunub.