Bakının Səbail rayonunda mövsümi abadlıq işləri aparılır. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az məlumat verir.
Belə ki, Azneft dairəsinin yaxınlığında irigövdəli ağaclar budanır. Piyadalar və elektrik naqilləri üçün təhlükə yaradan köhnə, çürümüş ağaclar kəsilir. Onların yerində yeni ağaclar əkilir.
Həmçinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Neftçilər prospektində yeni qazonun salınması işləri aparılır.
[URIS id=40354]