Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində sərnişin avtobusunda nasazlıq yaranıb. Bu haqda bu gün, iyunun 1-də Lent.az məlumat verib.
198 saylı marşrut xəttində hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü içəridəki sərnişinlərdən düşüb, avtobusu itələməyi xahiş edib.
Sərnişinlər avtobusu itələdikdən sonra nəqliyyat vasitəsi işə düşüb.