Metronun “28 May” stansiyasının ikinci çıxışının yaxınlığında yerləşən açıq quyu hərəkət iştirakçıları üçün təhlükə yaradır. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Yerli sakinlərin sözlərinə görə, son günlərdə dörd avtomobil oraya düşüb.
Məsələ ilə bağlı “Azəriqaz”ın nümayəndəsi Eldəniz Vəliyev qeyd edib ki, struktur bu problemdən xəbərdardır və məsələ tezliklə həll olunacaq.