Nərimanov rayonunda bahalı maşındakı sərnişin qapını açıb ətrafa ziyan vurub. Bu haqda 20 aprel tarixində Avtosfer.az məlumat verib.
Ziya Bünyadov küçəsində tıxacda dayanan 99-NB-999 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobildə olan sərnişin qapını açaraq əlindəki zibili bayıra atıb.
Qanunvericiliyə görə sərnişinlərin avtomobildən bayıra zibil atması inzibati məsuliyyət yaradır.