21 oktyabr tarixində Bakıda daha bir həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Bu haqda Report xəbər verib.Təmir-bərpa işləri IDEA İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində həyata keçirilib.
Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 1 və 2a ünvanında yerləşən həyətdə təxminən 1600 nəfər sakin yaşayır. Yeni həyətin ərazisində 5 ədəd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Mövcud yaşıllıqlara əlavə olaraq 80 ədəd ağac və kollar və 1000 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.
Həyətdə yeni liftlər, müasir işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri təmir olunub.
Layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.