Bakıda “çiy köftə”nin içərisindən şüşə çıxıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az-a məlumat daxil olub.
Bildirilir ki, hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib. Ərazidə yerləşən dönərxanaların birindən lavaşda “çiy köftə” alınıb. Müştəri yeməyi yeyən zaman içərisindən şüşə qırığı çıxıb.