Paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərində növbəti yoxlamalar keçirilib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Monitorinqlər zamanı 8 obyektdə nöqsanlar aşkarlanıb. Onların adları və yerləşdikləri ərazilər aşağıdakılardır:
Ticarət obyektləri:
- "Pazzar" marketi, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu, 5 saylı yaşayış sahəsi;
- Musayev Vüqar Vəli oğluna məxsus "Araz" marketi, Səbail rayonu, Nizami, ev 54 A;
- "Buta" marketi, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 6.
İctimai iaşə obyektləri:
- "Şaurma Seyidoğlu" kafesi, Xətai rayonu, M.Hadi küçəsi;
- "Admiral" kafesi, Xətai rayonu, M.Hadi küçəsi, ev 55;
- "Qızıl Ay" restoranı, Xətai rayonu, M.Hadi küçəsi, ev 51;
- "Voyage Lounge" kafesi, Xətai rayonu, M.Hadi küçəsi, ev 23;
- "Qoç Ət" restoranı, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 36.
Adıçəkilən obyektlərdə işçilərin tibbi müayinədən keçmədikləri, eləcə də ət məhsullarının baytarlıq sənədi olmadığı aşkarlanıb.
Faktlarla bağlı müvafiq addımlar atılıb, sahibkarlar məsuliyyətə cəlb olunublar.