Bakının Səbail rayonu, A.Məmmədov küçəsi, ev 82 ünvanında fəaliyyət göstərən müəssisədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən müxtəlif nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 12 yanvar tarixində AQTA-nın mətbuat xidməti məlumat verib.
Fiziki şəxs Bayramova Raifə Sayad qızına məxsus olan satış nöqtəsində havalandırma sisteminin quraşdırılmadığı, əllərin, qida məhsullarının və istifadə edilən alətlərin yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, işçi heyətin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər pozuntular müəyyən edilib.
Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
Daha öncə həmin rayon ərazisində daha bir un məmulatları istehsalı müəssisəsi bağlanılıb.