Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu haqda BakuPlus.az bu gün 27 sentyabr tarixində xəbər verir.
27 Sentyabr - Anım Günü ilə əlaqədar, Vətən müharibəsi şəhidlərinin xatirəsi paytaxt Bakı da daxil olmaqla ölkə ərazisində 1 dəqiqəlik sükutla yad edilib.
Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunmuşdur.