Bakıda “Könüllülərin Zəfəri” layihəsinə start verilib. Bu haqda 21 oktyabr tarixində AZƏRTAC xəbər verib.
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində 30-a yaxın gəncin bir sıra ekspertlər və Vətən müharibəsinin iştirakçıları ilə görüşlərinin təşkili olacaq.
Layihənin əsas məqsədi gənclərin könüllülüyə marağının artırılması, milli vətənpərvərlik və vətənə sədaqət ruhunu oyatmaqdır.
1 noyabr - 1 yanvar tarixlərində təşkil olunacaq görüşlərdə Vətən müharibəsi iştirakçılarının, Milli qəhrəmanların keçdiyi şərəfli yol haqqında məlumat toplanaraq, könüllülərin vasitəsilə daha geniş auditoriyaya çatdırılacaq.
Layihədə 16-29 yaşlı şəxslər iştirak edə bilərlər. Müraciət etmək istəyənlər 30 oktyabr 2021-ci il tarixinə qədər qeydiyyat linkinə daxil olub (https://forms.gle/EbALCvusgyU7cWk3A) ərizəni tam doldurmalıdırlar.