Bakıda kirayə mənzillərin qiymətində artım müşahidə olunur. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, hazırda paytaxt ərazisində mənzilərin qiyməti 15-20% artıb.
“Yayda 300-350 manata olan mənzillər indi təqribən 400 manata təklif olunur. Kirayə mənzillərə əsas tələbat Yasamal rayonundadır. Çünki ali təhsil müəssisələrinin çoxu bu rayonda yerləşir”, - deyə o qeyd edib.
Həmçinin ekspert əlavə edib ki, ümumilikdə hazırda köhnə tikilidə olan mənzillərin qiyməti 300-500 AZN arası dəyişir. Yeni tikililərdə isə bu rəqəm 500-700 AZN arasındadır. Məhəlləli evlərdə qiymətlər nisbətən aşağıdır, təqriban 150-200 AZN təşkil edir. Bunun üzərinə kommunal ödənişləri də əlavə edəndə qiymətlərdə artımın olduğu təsdiqlənir.