Bakının Nəsimi rayonu, Azadlıq prospektində memarlıq abidəsinin - "Stalin ampir" memarlıq üslubuna aid olan 87 nömrəli evin bərpasına başlanılıb. Bu haqda bu gün, 11 aprel tarixində Caliber.az məlumat verib.
Rayon icra rəhbərliyindən verilən məlumata görə, sakinlərin çoxsaylı müraciətləri əsasında onun fasadının əsaslı təmiri və bərpasına qərar verilib, artıq bu işlərə başlanılıb.
Təmir zamanı su boruları, talvarlar, qapı-pəncərələr dəyişdiriləcək, rənglənmə işləri və digər işlər aparılacaq.