Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Xəzər rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə adıçəkilən qəsəbədə torpaq-iqlim şəraitinə uyğun olan, dekorativ cəhətdən yaraşıqlı 1000-dən çox həmişəyaşıl ağac əkilib.
Hər bir ağaca mineral gübrələrin verilməsi, suvarma işlərinin aparılması ilə lazımi aqrotexniki qulluq göstərilib.
[caption id="attachment_97339" align="alignnone" width="640"]
Foto Xəzər Xəbər[/caption]