Bakının Xəzər rayonunda “Azəriqaz” İB növbəti “Açıq mikrofon” aksiyasını keçirəcək. Bu haqda 13 iyul tarixində BakuPlus.az xəbər verir.
Görüş 14 iyul tarixində Mərdəkan qəsəbəsi, Veteranlar Parkında baş tutacaq. Səyyar qəbul saat 11:00-dan etibarən başlayacaq. Burada sakinlər öz müraciətlərini ünvanlaya biləcəklər.
Həmçinin tədbirdə sahibkarlarla görüş keçiriləcək, onları narahat edən məsələlər müzakirə olunacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.