Bakı şəhəri, “Passage 1901” restoranında 10-11 dekabr tarixlərində uşaqlar üçün nəzərdə tutulmuş “Kids Festival” baş tutacaq. Tədbir NİSA Group-un təşkilatçılığı ilə keçirilir. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az məlumat verir.
Festivalda uşaqlar üçün oyunlar, master-klaslar və bir çox əyləncəli şouların təşkil olunması nəzərdə tutulub.
Öz bizneslərinin inkişafında maraqlı olan sahibkarlar qeydiyyatdan keçə bilərlər. Əlaqə nömrəsi: 070 540 09 02