Bakıda "Niva" sürücüsü ictimai asayişi pozub. Bu haqda 2 aprel tarixində Avtosfer.az məlumat verib.
Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində 99-MZ-098 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü maşından bayıra çıxıb və oynamağa başlayıb. Daha sonra dinlədiyi musiqini ətrafdakı insanlara nümayiş etdirmək üçün avtomobilin yük yerini açıb və musiqi səs gücləndirici vasitəsilə ətrafa yayılıb.
Sonda isə sürücü yük yerini açıq qoyaraq hərəkətinə davam edib.