Bakıda bəzi obyekt sahibləri ödənişsiz parkanma yerlərini “zəbt ediblər”. Bu haqda ATV telekanalı reportaj hazırlayıb.
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində bəzi sahibkarlar parklanma yerlərini özləri üçün “özəlləşdiriblər”. Küçədə avtomobillərin parklanması işinə konkret şəxslər nəzarət edir. Onlar ərazidəki obyektlərin işçiləri üçün yer saxlayırlar. Boş qalan yerlər isə 1 manat müqabilində kənardan gələn sürücülərə təklif olunur. Əks halda avtomobil üçün yer tapmaq müşkül məsələyə çevrilir.
Məsələ ilə bağlı əraziyə BNA-nın xüsusi briqadaları cəlb olunub. Burada yaradılmış qanunsuz parklanma yerlərinin hər biri ləğv edilib.
Bundan sonra obyekt sahibləri ilə də profilaktik söhbət aparılıb. Bu hallar təkrarlanarsa, inzibati qaydada tənbəhlənəcəkləri barədə məlumatlandırılıblar.