Paytaxtdaki dayanacaqların pavilyonsuz olması sakinlərin şikayətinə səbəb olur. Bu haqda ARB24 məlumat yayıb.
Bakı şəhəri ərazisində 500-ə yaxın avtobus dayanacaqlarında pavilyon yoxdur. Bu da yağışlı və qarlı havalarda sərnişinlərə çətinlik yaradır.
“Yağış, qar olanda, sulu cücələr kimi dayanacaqda duracağıq”- deyə vətəndaşlardan biri şikayət edir.
Məsələylə bağlı BNA-nin rəsmisi bildirir ki, həm təhlillər nəticəsində, həm də daxil olan vətəndaşlarımızın müraciətləri nəzərə alınaraq ümumilikdə 912 dayanacaq məntəqəsi təşkil edilib, 416-da avtobus dayanacaq pavilyonu quraşdırılmışdır. Bəzi ərazilərdə pavilyonların olmamasına səbəb infrastrukturun buna imkan verməməsidir.
O, əlavə edib ki, bundan sonra da dayanacaqların təkmilləşdirilməsi işləri davam edəcək.