Bakının Nərimanov rayonu ərazisində avtomobillərin sürücüləri piyada səkilərini zəbt edib. Bu haqda bu gün, Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Söhbət Koroğlu Rəhimov və Yəhya Bakuvi küçələrinin kəsişməsindən gedir. Sürücülər avtomobillərini səkidə saxladıqları üçün piyadalar yolun hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalırlar ki, bu da onların həyatı üçün ciddi təhlükə yaradır.
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayevin sözlərinə görə, bu cür qaydaları pozan sürücülərə qarşı mütəmadi olaraq inzibati tənbeh tədbirləri görülür. Maşınların səkilərdə dayanmaması üçün tumbalar da quraşdırılıb. Gələcəkdə də həmin ərazidə analoji tədbirlər həyata keçiriləcək.
[caption id="attachment_38677" align="alignnone" width="800"]
Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı[/caption]