Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində olan qaz xəttinin mühafizə zonasında inşa edilən qanunsuz tikili aşkar olunub. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yoxlamalar zamanı gözlənilmədən ərazidən keçən 200 və 500 mm diametrli qaz kəmərinin mühafizə zolağından 1-6 metr aralıda hazır fərdi yaşayış evləri, habelə inşası davam edən tikililər aşkar edilib.
Ünvandakı tikinti işlərinin müvafiq icazəverici sənədlər olmadan, kobud pozuntularla, o cümlədən normativ ara məsafələri gözlənilmədən aparılması müəyyən olunub.
FHN aidiyyəti orqanlara müraciət edib.
[URIS id=86313]