Bakının Yasamal rayonu, Əbdürrəhim Bəy Haqverdiyev və İsmayıl Bəy Qutqaşınlı küçələrinin kəsişməsində sürücü avtomobilini düz orada yerləşən piyada zolağında saxlayıb. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az məlumat verir.
Yol hərəkəti qaydalarının pozulması nəticəsində vətəndaşlar avtomobildən yan keçərək yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək məcburiyyətində qalıblar. Həmçinin orada arabalar və velosipedlər üçün quraşdırılan pandus vətəndaşlar üçün əlçatmaz olub.
Həmin küçədə 175 saylı orta məktəb yerləşir və gün ərzində məktəblilərin çoxu həmin zolaqdan istifadə edir.
Cari ilin fevral ayında parklanma qaydalarının pozulması ilə bağlı cərimələr 10 manatdan 20 manata qaldırılıb. Nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişmədən 5 metrdən az məsafədə hərəkət hissəsində dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimələnir.
[caption id="attachment_83445" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]