Bakının Nəsimi rayonu, Füzuli küçəsində bitən əyilmiş və piyadalar və sürücülər üçün təhlükə saçan ağac kəsilərək yenisi ilə əvəz olunub. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.
Nəsimi Rayon Bələdiyyəsinin və Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları baxış keçirərək ağacı budayıblar. Daha sonra küləyin də təsiri ilə yenə təhlükə yarada biləcəyi nəzərə alınaraq, ağac kəsilib, yerinə yeni ting əkilib.
[caption id="attachment_103758" align="alignnone" width="640"]
Foto Caliber.az[/caption]