Bakıda Nizami Gəncəvinin 880 illiyi çərçivəsində keçirilən “İşıq Festivalı” haqqında “Euronews rel="nofollow"” telekanalı süjet hazırlayıb.
Festivalın “Euronews” telekanalında işıqlandırılması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təmin edilib.
Videomaterialda Nizaminin əsərlərinə həsr olunmuş tədbirin fərqli rakursdan çəkilmiş görüntülərilə yanaşı, insanların tədbirə marağı da yer almışdır.
Festivalın əsas məqsədlərindən biri Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
İşıq festivalı Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.