Bakının Nəsimi rayonunda ənənəvi iməcilik keçirilib. Bu haqda bu gün, 16 dekabr tairixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən təmizlik-abadlıq işləri çərçivəsində prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri təmizlənib. Həmçinin reklam lövhələri və yol kənarındakı məhəccərlər yuyulub.
Eləcə də parklarda, abad həyətlərdə ağacların yarpaqları təmizlənib, mövsümi güllər əkilib, yeni qazon örtükləri salınıb.
Əlavə olaraq heykəllər, ticarət obyektlərinin vitrinləri və məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
[caption id="attachment_123580" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]