top
Bakıda xəstə yaxını ilə həkim arasında gərginlik - Sabunçudan ŞİKAYƏT 
17 oktyabr 2024, 03:38
- ↺ +

Bakıda xəstə yaxını ilə həkim arasında gərginlik - Sabunçudan ŞİKAYƏT 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

3 saylı Şəhər Klinik Xəstəxanasında xəstə yaxınına kobud davranılıb.

Bu barədə Bakuplus.az-a şikayətçi Pərvanə Nəsirova məlumat verib.  Onun  sözlərinə görə, dayısı Hüseynağa Məmmədov uzun müddətdir ki, dializ xəstəsidir. Vəziyyəti pis olduğu üçün dünən axşam saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) Maqnit Rezonans Tomoqrafiyası  (MRT) olunub. Gecə xəstənin halı yenidən dəyişib. O, dərhal həmin xəstəxanaya çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Şikayətçi reanimasiya həkimindən heç bir narazılıqlarının olmadığın deyib. Xəstənin yaxınları MRT-nin cavabı ilə bağlı həkim-radioloq Mürsəl Əliyevə müraciət ediblər. O isə bu barədə bir həftədən sonra məlumat veriləcəyini deyərək və heç bir məlumat vermədən kobud rəftar edib.

“Ötən gün axşam saat 18:00 radələrində MRT-dən keçdik. Deyiblər ki, get, gələn həftənin bazar ertəsi cavab çıxacaq. Gecə dayımın vəziyyəti pisləşdi. Onu 01:30 radələrində xəstəxanada reanimasiyaya yerləşdirdik. Səhər gəlib MRT cavabları soruşduqda, xəstəxana mühafizəçisi və həkim Mürsəl Əliyev bizə kobud davrandı. Danışdığım halda həkim qapını üzümə çırpdı.

MRT-nin cavabını demədikləri üçün dayımın diaqnozu bilinmir. İnsult keçirib- keçirmədiyi bəlli deyil. Dayım 7 ildir ki, dializ xəstəsidir. Hazırda reanimasiyada yatır. Paralel olaraq dializ də köçürülür. Məsələyə ciddi yanaşılmasını istərdim. Lazımi qurumlara şikayət etmişəm”, - P.Nəsirova bildirib.

Sonda şikayətçi iki ay öncə qaraciyər sirrozundan əziyyət çəkən dayısı Əbdülağa Məmmədovun da bu xəstəxanada eyni problem ilə qarşılaşdığını qeyd edib.

Bildirək ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər