Bakıda yaşayış binasının damı uçub. Bu haqda Xəzər Televiziyası reportaj hazırlayıb.
Paytaxtın Nizami rayonu, Elşən Süleymanov 148 ünvanında məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış binasının dam örtüyü uçub.
Sakinlərin sözlərinə əsasən, hadisə baş verdikdən sonra aidiyyəti qurumlara məlumat verilib. Lakin dağıntıların aradan qaldırılması və dam örtüyünün bərpa olunması ilə bağlı heç bir iş görülməyi
Nizami Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsindən verilən məlumata görə əraziyə baxış keçirildikdən sonra dağıntıların nəticəsi və bərpası ilə bağlı lazımi addımlar atılacaq.