Bakıda ahıl kişi bir həftədir Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin (“Semaşko”) dəhlizində yatır. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Müvafiq fotolar sosial şəbəkələrdə yayılıb.
Bu kadrlar tibb müəssisəsinin rəhbərliyini qocaya laqeyd münasibətdə ittiham edən istifadəçilərin narahatlığına səbəb olub.
Tibb müəssisəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.