Bakıda marşrut xətti üçün xüsusi avtobus zolağı yaradılır. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
7A avtobuslarının hərəkət sxemi olan Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti-Moskva prospekti-Bakı Beynəlxalq Avtovağzal Kompleksi xətti boyunca xüsusi zolaqlar yaradılır.
Bu addımla həmin ərazilərdən keçən avtobuslar üçün səfər müddətinin pik saatlarda 46 dəqiqədən 22 dəqiqəyə enəcəyi ehtimal edilir.