“Passage 1901”-də “Black Friday” ilə əlaqədar tədbir keçiriləcək. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az müəssisəyə istinadən xəbər verir.
Burada yeni brendlərin təqdimatı, müxtəlif əşyaların, eləcə də əl işlərinin satışı baş tutacaq. Tədbirdə “Merry band” və DJ Rafo öz musiqili proqramları ilə çıxış edəcəklər.
Həmçinin sehrbaz ilə master-klaslar və şou proqram təşkil olunacaq, hədiyyələr oynanılacaq.
Tədbir 27 noyabr tarixində baş tutacaq. Giriş ödənişsizdir.