Nəsimi rayonuda növbəti dəfə qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərilib. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Yerli sakinlərin sözlərinə görə, yenicə rayondan Bakıya köçmüş bir qrup şəxs 2-ci mikrorayona gələrək burada avtoyuma məntəqəsi açacağını elan edib. Ardınca isə yük avtomobili əraziyə kərpiclər gətirib.
Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları inşaat işlərinin qarşısını alıb, akt tərtib edib və ərazini nəzarətə götürüblər.
Buna baxmayaraq, oktyabrın 12-də həmin şəxslər məhəllədə avtoyumanın təməlini qoymağa başlayıblar.
Bunu eşidən sakinlər əraziyə gələrək etirazlarını bildiriblər. Sonra isə onlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə müraciət ediblər.
Sadalanan qurumların əməkdaşları dərhal müdaxilə edərək tikinti işlərini yenidən dayandırıblar. Hazırda ərazi təmizlənib və yeni ağaclar əkilib.
[caption id="attachment_116443" align="alignnone" width="640"]
Foto Caliber.az[/caption]