Paytaxt məktəblərində istilik məsələləri ilə bağlı işlər aparılır. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın sözlərinə görə, hazırda test rejiminə uyğun olaraq, məktəblərə qaz verilib və aidiyyəti qurumlarla problemlərin həllinə yönəlik görüş keçirilib.
Sistem tənzimlənəcək və şagirdlər isti mühitdə təhsillərini davam etdirə biləcəklər.