Paytaxtın Xəzər rayonunun məktəbliləri bilik oyunlarında uğur qazanıblar. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Xəzər rayonu N.Yaqubov adına 120 nömrəli tam orta məktəbin şagirdləri breyn-rinq üzrə VII Azərbaycan çempionatının qalibi olublar. Onlar finalda Sumqayıt komandası ilə mübarizə aparıblar.
Sözügedən yarışda Şirvan, Tovuz, Zaqatala, Mingəçevir, Lənkəran, Ağdam, Şəki, İsmayıllı, Sumqayıt, Quba, Gəncə, eləcə də Bakının bir sıra digər məktəbləri iştirak ediblər.