Paytaxtın 3 rayonunda içməli su kəsiləcək. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Bu gün axşam saatlarından etibarən Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir neçə hissəsində suyun verilişi məhdudlaşdırılacaq. Səbəb olaraq magistral su kəmərində qəzanın baş verməsi bildirilir.
“Yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyirik”, - deyə qurum əlavə edib.