Xətai rayonunda abadlıq işləri aparılır. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.
Aparılan işlər rayonun simasının gözəlləşdirilməsi, yaşıllıqların artırılması, sakinlərin istirahətinin və rahat gediş-gəlişinin təmin edilməsi məqsədini güdür.
Bu dəfə təmizlik-abadlıq işləri rayonun Xudu Məmmədov küçəsi, 13, 21, 25, 29, 33 və Rahib Məmmədov küçəsi, 10, 12, 14, 16 ünvanlarında aparılıb.
Görülən işlər çərçivəsində sakinlərin ümumi narazılığını və mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni yolla zəbt edilərək çəpərlənmiş sahələrdə çəpərlər və yararsız tikililər sökülür, dəmir qarajlar, məişət tullantıları və qurumuş ağaclar ərazidən daşınır.
[caption id="attachment_75850" align="alignnone" width="640"]
Foto Xətai Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi[/caption]