Paytaxtın Nərimanov rayonunda yerləşən 93 saylı tam orta məktəb əyani tədrisə geri qayıdıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Təhsil müəssisəsinin 7 günlük karantin müddəti başa çatıb. Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında ənənəvi tədris bərpa olunub.