Bakının Nəsimi rayonunda, Dilarə Əliyeva və Səməd Vurğun küçələrinin kəsişməsində asfalt çöküb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Çökmə avtomobillərin hərəkət hissəsində qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Anar Nəcəfli bildirib ki, əraziyə baxış keçirilib, yolun çökməsinin səbəbləri araşdırılır. Bu yaxınlarda yol örtüyü bərpa olunacaq.