Paytaxtın Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, metronun “Xətai” stansiyası yaxınlığında köhnə zavod narkomanların məskəninə çevrilib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Bakı Vaqon Təmiri Zavodunun 132 illik binası baxımsız vəziyyətdədir. 4 hektar ərazi xarabalığa çevrilib, sahəyə məişət tullantıları atılır, üfunət hər kəsi narahat edir. Sakinlərin sözlərinə görə, ərazinin mühafizəsi olsa da, zavodda narkomanlar yaşayırlar.
Zavod Azərbaycan Dəmir Yolları QSC-nin balansındadır. Qurum məsələ ilə bağlı bildirir ki, müəssisənin fəaliyyəti 2019-cu ildə dayandırılıb və bu günə qədər ərazi ilə bağlı şikayət qeydə alınmayıb.
Sözügedən zavod 1892-ci ildə Alman sahibkar Karl Eyzenşmid tərəfindən inşa edilib. Burada ilk olaraq neft emalı ilə məşğul olunub. 1920-ci ildə isə Zaqafqaziya dəmir yolları stansiyasının emalatxanasına çevrilib. Vətən müharibəsi dövründə zavodda silah-sursat hazırlanıb
[URIS id=80856]