Sabah saat 08:00-dan etibarən Bakı-Quba-Rusiya ilə dövlət sərhədinin 21-ci kilometrində bir yol zolağında avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq, digər iki zolaq isə nəqliyyatın hərəkəti üçün açıq qalacaq. Bu haqda bu gün, 15 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Yolun 150 metrlik hissəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb qaldırılmış piyada keçidinin tikintisidir.
Qurum sürücülərdən qeyd olunan ərazidən hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələrini xahiş edir.