Bakıdan Şuşa, Ağdam və Füzuliyə avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılır. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir.
25 oktyabr 2022-ci il saat 15:00-dan etibarən https://yolumuzqarabaga.az/ internet portalı vasitəsilə adıçəkilən şəhərlərə getmək üçün bilet almaq mümkün olacaq.
Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Həmçinin qurum bildirir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanlar ciddi qəbul edilməməlidir.