Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdləri ağac tinglərini məktəbyanı sahəyə əkiblər. Bu haqda bu gün, 21 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Həmin tigləri şagirdlər nazirlik tərəfindən keçirilən “Tullantıları tingə dəyiş” aksiyasından 355 ədəd batareya təhvil verərək əldə ediblər.