Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyada səkisini parkinqə çeviriblər. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən ərazidə piyadalara aid olan səkinin yarısını asfaltlayaraq avtomobillər üçün parkinq sahəsi yaradıblar.
Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı bildirib ki, əraziyə baxış keçirilib, müvafiq addımlar atılacaq.
[caption id="attachment_97556" align="alignnone" width="640"]
Foto Caliber.az[/caption]