Bakı sakinləri Koroğlu-Pirşağı istiqamətində hərəkət edən 173 A, 173 B nömrəli nəqliyyat vasitələrindən şikayətçidir.
Bakuplus.az redaksiyasına müraciət edən sakinlər bildirir ki, sözügedən marşrutlarda fəaliyyət göstərən avtobuslarda antisanitar vəziyyət mövcuddur.
Məlumata görə, bununla yanaşı, oturacaqlar da yararsız haldadır.
“Oturacaqları yararsız olan bu nəqliyyat vasitələrinin yeniləri ilə əvəzedilməsi mütləqdir. Bu marşrutlara görə narazı olan sərnişin sayı çoxdur”, - şikayətçilərdən biri bildirib.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbirlər görməsini birmənalı şəkildə tələb edir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlamışıq.