Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.
Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var.
Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.