top
“Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb” – EKSPERTDƏN AÇIQLAMA
18 yanvar 2025, 02:52
- ↺ +

“Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb” – EKSPERTDƏN AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Özünü “Kapital bank”ın işçisi olaraq təqdim edən şəxs 80 507 manat pulu mənimsəyib.

Bu məsələ insanlar arasında narahatlığa səbəb olub. Hər kəs bu kimi irihəcmli əməliyyatın necə həyata keçirildiyi sualı ətrafında düşünür. Məsələni aydınlaşdırmaq üçün gencexeber.az–ın əməkdaşı bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla əlaqə saxlayıb.

Ekspertin sözlərinə görə, ümumiyyətlə son illər ərzində vətəndaşlarımızın kart hesablarından pulun çəkilməsi məlumatları ilə qarşılaşırıq:

“Bu kimi hallar get-gedə artır. Bəzən də onlayn kredit götürmək adı ilə aldadırlar. Bu dələduzluq əməllərində ən çox adı çəkilən banklar “Kapital bank” və “Beynəlxalq bank”dır. Elə həftə yoxdur ki, bu kimi problemlə bağlı hansısa vətəndaş mənə müraciət etməsin.

Hətta 26 dekabr tarixində ekspertlərin Mərkəzi Bankın sədri ilə görüşləri keçiriləndə Taleh Kazımova bu sualı ünvanlamışam. Bildirdim ki, hər gün bu problem çıxır. Əsas problemlər elə böyük banklardadır. Taleh Kazımov bu məsələni nəzarətə götürdüyünü və bankların qüsurunun maarifləndirmə işi aparmamaqları olduğunu söylədi. Dedi, əməliyyatlar böyük banklarda çox olduğu üçün problemlər də həmin banklarda olur.

Orta və xırda banklardan heç kəs belə müraciət etmir. Bəzi banklar üzrə belə müraciətlər ümumiyyətlə yoxdur. Əsas iki bank ilə bağlı bu müraciətlər gəlir. Bəzən vətəndaşların öz günahları da var. Zəng edirlər. Deyir, bankın işçisiyəm. Ona bütün məlumatlarını ötürür”.

Ekspert qeyd edib ki, banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb:

“Banklarda təhlükəsizlik mexanizmləri olmalıdır. Müəyyən əməliyyatları şübhəli görəndə onların keçirilməsinə imkan verməməlidirlər. Banklarda limitlər olmalıdır. Bir əməliyyatdan 80 min pul çıxarılır. Az məbləğ deyil. Banklarda informasiya təhlükəsizliyi sistemi qurulmayıb. Bank irihəcmli əməliyyatları yoxlamalı və SMS göndərməlidir.

Əsas problem odur ki, böyük banklar müştəri və məbləğ həcminin ardıyca qaçırlar. Buna görə də onlarda təhlükəsiz sistemləri yoxdur. Bu məsələləri qətiyyən fikirləşmirlər. Üzərilərinə götürdükləri bu həcmi həzm edə bilmirlər”.

“Mən inanıram ki, Milli qəhrəman Hökümə Əliyevanıın ailəsində olan problem həllini tapacaq. Ona kompensasiya ödəniləcək. Lakin inanmıram ki, o pulu oğurlayanı müəyyən edəcəklər. Bu kimi əməllər adətən xaricdən edilir. Onlarla, yüzlərlə kompensasiya ödənilməyən şəxslər var ki, hətta məhkəmə iddiaları təmin edilmir. Vətəndaşın məlumatı olmadan onlayn kredit verənlər də olub. Bu sahədə bank sistemimiz çox bərbaddır”, – deyə sonda Ə.Həsənov fikrini tamamlayıb.

Məsələ ilə bağlı Gencexeber.az–ın əməkdaşı “Kapital Bank”a sorğu ünvanlayıb.

“Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Arzu Əliyeva açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma başlanılıb:

“Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”.

DİN Mətbuat Xidmətindən isə bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
Dünən, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Dünən, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Dünən, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Dünən, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Dünən, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Dünən, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Dünən, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Dünən, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Dünən, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Dünən, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Dünən, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Dünən, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
08 oktyabr 2026, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
08 oktyabr 2026, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
08 oktyabr 2026, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
08 oktyabr 2026, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
08 oktyabr 2026, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
08 oktyabr 2026, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
08 oktyabr 2026, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
08 oktyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 oktyabr 2026, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
08 oktyabr 2026, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
08 oktyabr 2026, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Oxşar xəbərlər