Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazidə mavi qaz yoxdur. Bu haqda Realtv xəbər verib.
Bu ərazidə mavi yanacağın olmaması səbəbindən sakinlər məişətdə daha çox odundan istifadə edir. Hər evdə yandırılan odun isə sakinlərə əlavə xərc deməkdir. Bəzi evlərdə isə qaz balonlarından istifadə edirlər. Qonşu məhəllədə mavi yanacağ olsada, massivin bu məhəlləsinə qaz xətti hələ də çəkilməyib. Onlar odun almaq üçün qəsəbə mərkəzinə, yaxud paytaxta getmək məcburiyyətındə qalır. Bu da onlara baha başa gəlir.
Məsələyi ilə bağlı Azəriqaz bildirib ki, həmən yaşayiş evlər yüksək təzyiqli qaz xəttini mühafizə zolağında yerləşir, həmçinin evlərin bir qismi yüksək gərginlikli elektrik xəttləri mühafiizə zolağındadır. Sözügedən ərazidə qaz xəttini çəkdirmək təhlükəsizlik normalarına görə mümkün deyil.