Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində süni yaradılmış kanal antisanitar vəziyyətdədir. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az xəbər verir.
Binə Atçılıq Mərkəzinin yaxınlığından keçən su kanalı sakinlər tərəfindən suvarmaq üçün istifadə olunur. Ancaq kanal elə həmin sakinlər tərəfindən zibillənir, çirkləndirilir. Belə ki, kanal baxımsız vəziyyətdədir, su tullantılarla doludur və pis qoxu insanları narahat edir.
Antisanitar vəziyyət qəsəbənin bir hissəsini əhatə edir.
[URIS id=85183]