top
Binə xəstəxanasında hərc-mərclik - Rentgen otağına 5 nəfər daxil olur
09 sentyabr 2025, 14:38
- ↺ +

Binə xəstəxanasında hərc-mərclik - Rentgen otağına 5 nəfər daxil olur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi olan Binədə cəmi bircə dənə - 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası yerləşir. Nə aləmdirsə, xəstəxananın adı kimi dəhlizlərində də insanlar bir-birinə "birləşib" gözləyirlər. 80 mindən çox sakinin yaşadığı qəsəbədə tək xəstəxananın olması az problem deyilmiş kimi, üstəlik müayinə otaqlarına da  4-5 nəfər birdən daxil olur.

Lent.az xəbər verir ki, poliklinikada hətta şüa saçan rentgen otaqlarına belə, ən az 5 nəfər daxil olur.

Müayinə otağının qapısına "qırmızı işıqda otağa giriş qadağandır" yazılsa da, nə o lampa yanır, nə də sözə məhəl qoyan olur. İnsanları da qınamalı deyil. Növbə üçün verilən çekin 1-nin üzərində sıra yazılırsa, 5-də heç o da olmur. Belə olanda sıranı da karandaşla yazırlar. Hərdən sistemin də sıxlığa dözməyib "ürəyi gedir". İş qaldı insanların bir-birinə olan vicdanına. Xəstəxana da elə yerdir ki, insan işini tez yekunlaşdırmaq üçün onu da qurban verir. Beləcə, müayinəyə gələn şəxsin nə məxfilik hüququ qorunur, nə də digərlərinin artıq şüa almasının qarşısı alınır.

Necə deyərlər, dərdimiz bununla yekunlaşsa, şükür edərdik. Səhər 08;30-dan analiz üçün gözləyən xəstələrə isə "60-dan çox növbə yazmışıq, daha qəbul etmirik, nahardan sonra çatdırsaq, sizdən də analiz götürərik" deyirlər. Yaxşı, bəs insanlar saat neçədən gedib növbə götürsünlər? Sübhdən? 5-də ya 6-da?

Ümumiyyətlə, növbə problemi, sistemin işləməməsi, həkimlərin sayının xəstələrə mütənasib olmaması, insanlara qarşı laqeyd münasibət çoxlarını həkimdən soyudur. Həkimə getmək, orada gözləmək, müayinəyə düşmək, çoxsaylı analizlər vermək, yenidən qayıtmaq insanın xəstəliyini daha da ağırlaşdırır.

Bəs bu problemlər nə vaxt həllini tapacaq? Binə sakinlərinin xəstəxana probleminə nə vaxt baxılacaq?

Sözügedən problemlərlə bağlı TƏBİB-ə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, rentgen otağına kənar şəxslərin daxil olması qadağandır:

"Bu, həm tibbi təhlükəsizlik, həm də şüa təhlükəsizliyi baxımından vacibdir. Rentgen müayinəsi zamanı yayılan ionlaşdırıcı şüalar insan sağlamlığı üçün təhlükəli ola bilər. Bu səbəbdən yalnız xüsusi təlim keçmiş tibb işçiləri və müayinədən keçəcək pasiyentlər (zəruri hallarda isə müşayiətçi) qoruyucu vasitələrlə otağa daxil ola bilərlər. 

Radiasiya təhlükəsizliyi qaydalarının pozulmaması üçün bu tələblərə ciddi şəkildə əməl olunmalıdır".

TƏBİB-in cavabından da aydın olur ki, rentgen otağına kənar şəxslərin daxil olması qanunsuzdur. Bəs bu halda Binənin tək xəstəxanasının aqibəti necə olacaq? Axı orada rentgen otağı hər gün eyni vəziyyətdə olur...

Qurumdan bu sorğuya isə cavab olaraq deyilib ki, məsələ araşdırılacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər